Cəmil Həsənli İbrahimbəyovla görüşündən danışdı
16 Sentyabr 2013 13:53 (UTC+04:00)
"Rüstəm İbrahimbəyov Milli Şuranın sədri kimi seçki startegiyasına rəhbərlik edir. Axıra qədər də rəhbərlik edəcəyinə inamlıdır".
"Qafqazinfo" xəbərt verir ki, bu sözləri Milli Şuranın vahid namizədi Cəmil Həsənli jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib:
"Biz belə düşünürdük ki, Rüstəm İbrahimbəyov Londonda görüşəcəyik. Amma bəzi problemlər yarandı. Ona görə də Tiflisdə görüşməli olduq. Rüstəm bəylə Milli Şuranın seçki strategiyası ilə bağlı geniş müzakirələr apardıq. R. İbrahimbəyov Milli Şuranın sədri kimi seçki startegiyasına rəhbərlik edir. Axıra qədər də rəhbərlik edəcəyinə inamlıdır. Mətbuatda yayılan məlumatların heç bir əsası yoxdur. Rüstəm bəy Milli Şuraya necə əzmkarlıqla yaratmağa başlamışdısa, fəaliyyətinə də axıra qədər əzmlə davam edəcək"
AzNews.az