Ucarda iki nəfər dəm qazından zəhərlənib

31 Yanvar 2026 22:06 (UTC+04:00)

Ucarda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.

Aznews.az xəbər verir ki, hadisə axşam saatlarında baş verib.

Belə ki, rayonun Qarabörk kənd sakini, 1981-ci il təvəllüdlü Elnarə Xəlil qızı Xəlilova və Gəraybəyli kənd sakini, 2020-ci il təvəllüdlü Aliyə Əlisa qızı Vəliyeva zəhərlənmə diaqnozu ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib, vəziyyətləri stabildir.