Ağsuda avtomobil qəzası: Bir nəfərin vəziyyəti ağırdır

1 Fevral 2026 10:43 (UTC+04:00)

Ağsuda avtomobil qəzası baş verib.

Aznews.az xəbər verir ki, hadisə rayonun Ərəbmehdibəy kəndini ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Tağıyev Ruslan Rəfail oğlu, 1992-ci il təvəllüdlü Mollayev Amil Emin oğlu və 1998-ci il təvəllüdlü Heybətov İlkin Vəli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Xəsarət alan şəxslərdən birinin vəziyyəti ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Aznews.az