İranda zəlzələ olub

1 Fevral 2026 12:02 (UTC+04:00)

İranda 5,2 maqnitudalı zəlzələ olub.

Aznews.az xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmologiya Mərkəzi açıqlama yayıb.

Episentri Buşehr əyalətinin Aseluyə rayonunda olan zəlzələ yerli vaxtla saat 08:41-də qeydə alınıb.

Yeraltı təkanlar 18 kilometr dərinlikdə baş verib.

Dağıntılar və insan tələfatı barədə məlumat yoxdur.

Aznews.az