Xizək yarışı üzrə Heydər Əliyev Kubokuna yekun vurulub

1 Fevral 2026 17:56 (UTC+04:00)

Azərbaycan Qış İdman Növləri Federasiyasının dəstəyi və "Şahdağ" Turizm Mərkəzinin təşkilatçılığı ilə böyüklər arasında həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib.

Aznews.az xəbər verir ki, turnirin sonuncu günündə 18-22, 23-45,46-56 və 57+ yaş kateqoriyasında olan 81 həvəskar xizəkçi "Gigant Slalom" növü üzrə mübarizə aparıblar.

Turnirin nəticələrinə əsasən qadınların 18-22 yaş kateqoriyasında Valeriya Duçinka 1 ci, rusiyalı xizəkçi Kristina Stepanova 2 ci, eyni kateqoriyadan olan oğlanlar arasında İsmayıl Tağızade 1-ci, Arif Aşurbəyov 2-ci, Ferid Eliyev isə 3-cü yerə sahib olublar.

23-45 yaş kateqoriyasında Anna Vəliyeva ali kürsüdə ilk yerdə qərarlaşıb. 2-ci və 3-cü yerləri isə Gunay Abdullayeva və Yelena Dubensova bölüşüblər.

Oğlanların eyni adlı kateqoriyasında Ramiz Ağayev 1-ci, Nemet Bağisov 2-ci, rusiyalı xizəkçi Ali Sultanov isə 3-cü olub.

Qadınların 46-56 yaş qrupunda Sanna Skalabre 1-ci, Turan Tağizade 2-ci, kişilər arasında Azər Quliyev 1-ci, kanadalı xizəkçi Ceysn Fraser 2-ci, Rəşad Sultan 3-cü yerdə qərarlaşıb.

57+ kişilərin yaş kateqoriyasında

Azad Kəlbiyev 1-ci, Süleyman Süleymanov 2 ci,

Fizuddin Hüseynov 3-cü pillədə yer alıblar.

Yarışın sonunda qaliblər kubok və medallarla təltif olunub, onlara müxtəlif həvəsləndirici hədiyyələr verilib.