ABŞ-da kəskin hava şəraiti davam edir

1 Fevral 2026 18:06 (UTC+04:00)

ABŞ-da əlverişsiz hava şəraiti davam edir, ölkənin şərq sahillərində daşqın təhlükəsi yaranıb.

Aznews.az xəbər verir ki, bu barədə "CBS News" televiziya kanalı xəbər verib.

"Güclü sahil fırtınası ətraf ərazilərdə sahil daşqınları və çox güclü küləklər riskini yaradır", - deyə bildirilib.

“The South Florida Reporter” qəzeti isə qeyd edib ki, ABŞ “indi Şərq sahillərində güclü bir siklona çevrilən nəhəng fırtına sistemi ilə tarixən sərt və amansız qış hava şəraitinin hökm sürür”.

Bildirilib ki, "təhlükəli soyuqlar cənuba doğru yayılır."

AzNews.az