Şirvan–Salyan Regional Mədəniyyət İdarəsinin binası Biləsuvardan Salyana köçürüləcək

1 Fevral 2026 20:46 (UTC+04:00)

Şirvan–Salyan Regional Mədəniyyət İdarəsinin binası Biləsuvar rayonundan Salyan rayonuna köçürüləcək.

Aznews.az xəbər verir ki, idarə bundan sonra Şirvan–Salyan Regional Mədəniyyət İdarəsinin Salyan rayonu üzrə nümayəndəliyinin yerləşdiyi binada fəaliyyət göstərəcək.

Qeyd edək ki, sözügedən idarə 2023-cü ilin fevral ayında Biləsuvar Regional Mədəniyyət İdarəsinin əsasında yaradılıb. Hazırda regional idarənin müdiri Araz Əlizadədir.