Keçmiş ANS-çilər ATV-də birləşdilər: Yeni layihə - ÖZƏL

16 Sentyabr 2013 14:27 (UTC+04:00)
ANS ÇM radiosunun baş redaktoru vəzifəsindən istefa verdikdən sonra ATV kanalında işə başlayan Mətanət Əliverdiyeva yeni layihəyə imza atacaq. AzNews.az-a daxil olan məlumata görə, məşhur aparıcının yeni layihədəki tərəf-müqabili tanınmış teleaparıcı, yazar Orxan Fikrətoğlu olacaq. İki məşhur aparıcı ATV kanalında gecə saat 24. 00-da yayımlanacaq və bir saat davam edəcək xəbərlər proqramının aparıcısı olacaq.


Qeyd edək ki, ATV kanalındakı "ATV Olay" proqramının aparıcısı olan M.Əlverdiyeva və "Nə xəbər" verilişinin aparıcısı olan O.Fikrətoğlunun yeni layihəsi yaxın günlərdə tamaşaçıların görüşünə gələcək.

Əldə etdiyimiz məlumatı dəqiqləşdirməkdən ötrü AzNews.az-ın əməkdaşı Orxan Fikrtoğlu ilə əlaqə saxlayıb. O, xəbəri təsdiqləyib.

Elnur
AzNews.az