Cəlilabadda qardaşı uşaqlarını baltalayan əmi ilə bağlı cinayət işi başlanıldı

2 Fevral 2026 10:08 (UTC+04:00)

Fevralın 1-də Cəlilabad rayonu sakinləri, yetkinlik yaşına çatmamış D.V və C.V-nin müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya daxil olması, sonuncunun almış olduğu xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aznews.az xəbər verir ki, bu barədə Cəlilabad rayon prokurorluğu məlumat yayıb.

Bildirilir ki, ilkin araşdırma zamanı cinayətin 1977-ci il təvəllüdlü Ə.Nağıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb, Ə.Nağıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Aznews.az