Milli Məclisin İntizam komissiyası yenidən formalaşdırılıb

2 Fevral 2026 13:03 (UTC+04:00)

Milli Məclisin İntizam komissiyası yenidən formalaşdırılıb.

Aznews.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin yaz sessiyası çərçivəsində ilk iclasda müzakirəyə çıxarılaraq qəbul edilib.

Beləliklə, Milli Məclisin İntizam komissiyası aşağıdakı tərkibdə yaradılıb:

1. Cəfərov Kamal Xaqani oğlu

2. Həsənova Afət Əbil qızı

3. İbrahimqızı Məlahət İbrahim qızı

4. İbrahimov Eldar Rza oğlu

5. Qafarov Kamaləddin Nəsrəddin oğlu

6. Məhəməliyev Nəsib Məhəmməd oğlu

7. Məmmədov Hikmət Baba oğlu

8. Məmmədov Məşhur Şahbaz oğlu

9. Mollazadə Asim Nazim oğlu

10. Möhbalıyev Səttar Suliddin oğlu

11. Səfərov Nizami Abdulla oğlu.

Beləliklə, parlamentin İntizam komissiyası yenidən köhnə tərkibdə formalaşdırılıb. Komissiyanın ilk iclasında üzvlər arasından sədr seçiləcək.

Hazırda Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimovdur.

Aznews.az