Həndbol üzrə Azərbaycan çempionatında V turun oyunları keçirilib

2 Fevral 2026 17:21 (UTC+04:00)

Həndbol üzrə Azərbaycan çempionatında V turun oyunları baş tutub.

AzNews.az xəbər verir ki, Bu barədə Azərbaycan Həndbol Federasiyasından məlumat verilib.

Qadınların mübarizəsində "Qarabağ" "Bakı"nı (42:20), "Azəryol" isə "İdman Akademiyası"nı (48:21) üstələyib.

Kişilərin yarışında "Dinamo" "Azəryol"a (32:29), "Qarabağ" "Təhsil"ə (36:21), "Bakı" isə "Kür"ə (28:25) qalib gəlib.