Kürdlər məktəbi baykot edir

16 Sentyabr 2013 17:30 (UTC+04:00)

Türkiyədəki Demokratik Cəmiyyət Konqresinə daxil olan təşkilatlar Diyarbəkirdə toplantı keçirərək məktəbləri baykot edib. Təşkilatın əsas tələbi kürdlərin ana dilində təhsil almasıdır.

"Firat" agentliyinin məlumatına görə, bir həftədir davam edən aksiya çərçivəsində keçirilən mətbuat konfransında yeni dərs ilində kürd uşaqların məktəbə getməyəcəyi bildirilib. Kürdləri uşaqlarının məktəbə göndərməyəyyə çağıran təşkilat üzvləri bunun Türkiyə hökümətinə mesaj olduğunu vurğulayıb.

Elnur
AzNews.az