Sabiq nazir Türkiyə - Ermənistan sərhədindən danışdı

16 Sentyabr 2013 15:15 (UTC+04:00)
"Ermənistanla yaxşı münasibətlər Türkiyə üçün vacibdir, çünki müəyyən dərəcədə İrəvan tərəfindən aparıkan anti-türk təbliğatını zəiflədə bilər".


Bunu Türkiyənin sabiq xarici işlər naziri İlter Türkmen deyib.

Keçmiş nazir müsahibəsində Türkiyənin xarici siyasətindəki əsas problemlərə, o sırada qonşularla münasibətlərə toxunarkən xarici siyasətin səhvlərindən birinin İsraillə bağlı olduğunu söyləyib: "Türkiyə həm İsraillə, həm də ərəb ölkələri ilə yaxşı münasibətlərə malik olduğu üçün Yaxın Şərqin nüfuzlu dövləti idi və proseslərdə mühüm rol oynayırdı".

Diplomat Ermənistanla problemə də toxunub. Sitat: "Problem əlbəttə ki, var. Bu məsələdə pozitiv səylər göstərilsə də, yarımçıq qaldı (Sürix protokolları nəzərdə tutulur -red.). Ermənistanla yaxşı münasibətlər Türkiyə üçün vacib idi, çünki müəyyən dərəcədə İrəvan tərəfindən aparılan anti-türk təbliğatını zəiflədə, həmçinin Ankara Qarabağ məsələsində daha aktiv rol ala bilərdi".

Sabiq nazirə görə, kürd problemi durduqca Türkiyə güclü dövlət kimi qəbul edilməyəcək.(musavat.com)

AzNews.az