Fransada sosial şəbəkələrə qarşı aparılan əməliyyatlar davam edir. Bu çərçivədə milyarder Elon Maskın sahibi olduğu “X” şirkətinin Paris ofisində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.
Paris Prokurorluğunun məlumatına görə, prokurorluğun göstərişi əsasında jandarma qüvvələri və Avropolun (Europol) kibercinayətkarlıqla mübarizə bölməsi birgə şəkildə şirkətin Fransadakı ofislərində axtarış aparıblar. Məlumat “X” sosial media platformasının rəsmi açıqlamasında yer alıb.
İstintaq 2025-ci ilin yanvarında başlayıb
Bildirilib ki, sözügedən axtarışlar 2025-ci ilin yanvarında başlanmış istintaq çərçivəsində həyata keçirilib. Paris Prokurorluğu eyni zamanda “X” şirkətinin sosial media platformasını tərk etdiyini açıqlayıb.
Elon Mask və rəhbərlik ifadəyə çağırılıb
Fransanın “Le Monde” qəzetinin yazdığına görə, axtarışlar şirkətin Parisdə yerləşən əsas ofisində aparılıb.
Paris Prokurorluğu istintaq predmetinə çevrilən hadisələr zamanı rəhbər vəzifədə olmuş Linda Yakkarinonu, həmçinin “X” platformasının sahibi və “Tesla” şirkətinin baş icraçı direktoru (CEO) Elon Maskı 20 aprel tarixində Parisdə ifadə verməyə çağırıb.
Mövsüm,
AzNews.az