İranın paytaxtı Tehranın Cənnətabad rayonundakı Cənnət bazarında yerli vaxtla təxminən saat 09:55-də yanğın baş verib. Qapalı ərazidə başlayan alov bazarın içərisindəki tezalışan tikinti materialları səbəbindən sürətlə yayılıb.
Tehran Yanğından Mühafizə İdarəsinin sözçüsü Cəlal Məliki bildirib ki, məlumatdan sonra əraziyə əvvəlcə beş yanğınsöndürmə maşını göndərilib. Məliki qeyd edib ki, təxminən 2000 kvadrat metrlik ərazini əhatə edən bazarda çoxsaylı köşklər var idi və ərazinin böyük bir hissəsi tez bir zamanda alovlar içində qalıb.
Məliki hadisə yerindən qalxan qatı tüstünün ətraf məhəllələrdən göründüyünü və yanğınsöndürənlərin müxtəlif nöqtələrdən alova cavab verdiyini bildirib. Yanğınsöndürənlərin yanğını nəzarət altına almaq üçün səylərini davam etdirdiyi bildirilib.
Səlahiyyətlilər yanğında xəsarət alanlar və ya ölənlər barədə hələlik təsdiqlənmiş məlumat olmadığını bildiriblər. Yanğının səbəbi araşdırmadan sonra, nəzarət altına alındıqdan sonra müəyyən ediləcək.
Mövsüm,
AzNews.az