İranda keçirilən etiraz aksiyalarında 139 əcnəbi həbs edilib

3 Fevral 2026 17:01 (UTC+04:00)

İranda ötən il dekabrın 28-də yaşayış xərclərinin yüksək olmasına cavab olaraq başlayan və hökumət əleyhinə nümayişlərə çevrilən etirazlarda iştirak edənlərlə bağlı araşdırmalar davam edir.

İran polisi bildirib ki, Yəzd əyalətində hökumət əleyhinə etirazlarda iştirak etdiklərinə görə 139 xarici vətəndaş həbs olunub.

Yəzd Polis Rəisi Əhməd Negahban İnqilab Keşikçiləri Korpusu ilə yaxın əlaqələri ilə tanınan Tasnim Xəbər Agentliyinə bildirib ki, " Bu şəxslər üsyanın təşkilində, təhrikində və idarə olunmasında fəal rol oynayıblar; bəzi hallarda onlar xaricdəki şəbəkələrlə də əlaqədə olublar".

Negahban saxlanılanların milliyyəti ilə bağlı ətraflı məlumat verməyib.

Mövsüm,

AzNews.az