"Bakı Fond Birjası"nın dövriyyəsi 2 dəfə azalıb

3 Fevral 2026 17:03 (UTC+04:00)

Bu ilin yanvar ayında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 5 milyard 294,961 milyon manat təşkil edib.

Aznews.az xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 48,6 % və yaxud təxminən 2 dəfə azdır.

Son 1 ildə Birjada bağlanmış əqdlərin sayı isə 43,2 % azalaraq 1 811 olub.

BFB-nin dövriyyəsinin 89,8 %-i, yaxud 4 milyard 756,887 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 2,1 dəfə azdır.

Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 7,6 dəfə artaraq 503,583 milyon manat, korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 10,9 dəfə artaraq 34,491 milyon manat olub.