Gəncədə bıçaqlanan futbolçunun atası sitəm etdi

3 Fevral 2026 17:29 (UTC+04:00)

“Kəpəz”in bıçaqlanan futbolçusu Veysəl Rzayevin vəziyyəti yaxşıdır.

Bu barədə “Qafqazinfo”ya futbolçunun atası Mehman Rzayev məlumat verib.

O bildirib ki, oğlunun durumu yaxşılaşıb: “Oğlumun durumu yaxşıdır. Ciddi bir təhlükə yoxdur. Sadəcə mən indi danışacaq halda deyiləm”.

M.Rzayev hadisənin necə baş verməsi barədə məlumata sahib olmadığını deyib: “Hadisə barədə heç bir şey bilmirəm. Nə vuran ortada da var, nə də vurulan danışır. Yəni heç bir informasiya əldə edə bilmirik”.

Qeyd edək ki, Veysəl Rzayev bu gün gecə saatlarında bıçaqlanıb. Hadisə Gəncədə baş verib. Onun futbolçu dostu Nihat Fərəcini qorumaq üçün bıçağın önünə keçdiyi deyilir.

AzNews.az