Hindistanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib

3 Fevral 2026 17:58 (UTC+04:00)

Hindistanın Azərbaycandakı yeni səfiri Abhay Kumar Bakıya gəlib.

Aznews.az xəbər verir ki, bu barədə Hindistan səfirliyinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində deyilir.

"Səfir Abhay Kumar bu gün Bakıya gəlib və vəzifəsinin icrasına başlayır", - diplomatik nümayəndəliyin məlumatında qeyd olunur.