Ceffri Epşteynin yeniyetmə ittihamçılarından biri iddia edir ki, o, mərhum pedofilin körpəsini dünyaya gətirmək üçün "insan inkubatoru" kimi istifadə edilib və körpə doğuşdan bir neçə dəqiqə sonra ondan oğurlanıb.
AzNews.az bu barədə "Nyu York Tayms"a istinadən xəbər verir.
Epşteynin son sənədlərində yer alan iddiaya görə, yeniyetmənin 2002-ci ildə, 16 və ya 17 yaşında olanda balaca qızı necə dünyaya gətirdiyini təsvir edən gündəliyi üzə çıxıb.
Fayllara görə, yeniyetmə gündəliyində "mən həddindən artıq sınmışam" yazıb. O, bildirib:
"Onu aparmazdan əvvəl qucağımda yedizdirmək üçün cəmi 10-15 dəqiqəm var idi. O mənimdir! Onu geri istəyirəm!!!"
20 həftəlik hamiləlik müayinəsinin şəklini də özündə əks etdirən qeyddə Epsteynin zövcəsi Qişlayne Maksvellin də doğuş zamanı orada olduğu bildirilir.
İttihamçı yazıb: “O haradadır? Niyə inildəməyi dayandırdı? O, doğuldu! Zəif fəryadlarını eşitdim!”
Poçt yazışmalarından bəlli olur ki, Epşteyn "üstün gen hovuzu" və "mükəmməl nəsil" yaratmaq istəyirmiş.
Onun qurbanı isə qeyd edir: "İnkubatora çevrilməzdən əvvəl olduğum insan üçün darıxıram".