Ukraynada Azərbaycan vətəndaşı güllələndi

16 Sentyabr 2013 16:21 (UTC+04:00)
Ukraynanın Sumsk vilayətinin 35 yaşlı sakini travmatik tapançadan atəş açaraq 47 yaşlı Azərbaycan vətəndaşını yaralayıb.


APA-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, Simferopol dəmir yolu vağzalında iki kişi arasında məişət zəminində mübahisə qanlı sonluqla nəticələnib.

Sumsk vilayətinin sakini, Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşı sərxoş vəziyyətdə Azərbaycan vətəndaşına atəş açıb. Güllə onun gözündən dəyib. Azərbaycanlını xəstəxanaya çatdırsalar da, gözünü xilas etmək mümkün olmayıb. Milis əməkdaşları Ukrayna vətəndaşını saxlayıb. Hazırda prokurorluqda faktla bağlı araşdırma aparılır.

Bildirilir ki, hadisə vaxtı Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşı Krımda məzuniyyətdə olub. Bundan əvvəl onun adı xuliqanlıqda və yol polisinə müqavimətdə hallanıb.

AzNews.az