Rusiyada məktəbli qız şagirdlərə hücum edib, yaralılar var

4 Fevral 2026 13:58 (UTC+04:00)

Rusiyada məktəbli qız təhsil aldığı müəssisədə yanğın törədib, xəsarət alanlar var.

Aznews.az xəbər verir ki, hadisə Krasnoyarsk şəhərində yerləşən məktəblərdən birində baş verib.

Belə ki, 8-ci sinif şagirdi qız sinif yoldaşlarının bir neçəsinin üzərinə yandırıcı maye tökərək onları yandırıb, daha sonra çəkiclə zərbələr endirib.

Məlumata görə, hadisə nəticəsində beş nəfər zərər çəkib, onlardan biri 50% bədən yanığı ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin motivləri və digər səbəbləri ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.