ABŞ və İran arasında danışıqlar Omanda keçiriləcək

4 Fevral 2026 14:31 (UTC+04:00)

ABŞ və İran arasında danışıqlar başlayır.

Axios xəbər platformasının adı açıqlanmayan iki məmura istinadən verdiyi məlumata görə, İran ABŞ ilə danışıqların formatında və yerində dəyişiklik edilməsini istəyib.

Xəbərdə iddia edilir ki, 6 fevral cümə günü İstanbulda keçirilməsi planlaşdırılan tərəflər arasında danışıqlar İranın tələbi ilə Omana köçürülüb və ABŞ bu tələbi qəbul edib.

“Bir çox ərəb və müsəlman ölkəsinin İstanbul danışıqlarında müşahidəçi kimi iştirak etməyi planlaşdırdığı” bildirilən xəbərdə İranın danışıqların yalnız ABŞ ilə ikitərəfli formatda aparılmasını istədiyi iddia edilirdi.

Hesabatda bildirilirdi ki, Tehranın bu xahişinin səbəbi "danışıqları yalnız nüvə məsələləri ilə məhdudlaşdırmaq və regiondakı digər ölkələr üçün prioritet olan mövzuları, məsələn, raket proqramı və proksi qruplarını qaldırmaqdan çəkinmək istəyi" olub.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun fevralın 6-da Türkiyədə İranın xarici işlər naziri Abbas Əraqçi ilə mümkün nüvə sazişini müzakirə edəcəyi iddia edilmişdi.

Mövsüm,

AzNews.az