Azərbaycan Premyer Liqasının keçmiş bombardiri I Liqa klubuna keçib

4 Fevral 2026 16:25 (UTC+04:00)

Azərbaycan Premyer Liqasının keçmiş bombardiri Nurlan Novruzov I Liqa təmsilçisi "Mingəçevir"ə keçib.

AzNews.az xəbər verir ki, Bu barədə bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib.

32 yaşlı hücumçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

Son klubu II Liqa təmsilçisi "Sheki City" olmuş təcrübəli futbolçu yeni komandasında 19 nömrəli formanı geyinəcək.