İranda etiraz aksiyalarında 6872 nəfər həlak olub

4 Fevral 2026 18:55 (UTC+04:00)

Dünyanın gözü İrandadır...

İranın paytaxtı Tehranda başlayan etirazlar qısa müddətdə bütün ölkəyə yayıldı.

Etirazların iqtisadi səbəblərdən başladığı və ABŞ-ın da diqqətlə izlədiyi İranda hökumətyönlü nümayişlər də keçirilir.

Lakin etirazlar başlayandan bəri ölənlərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunub.

İranda, 28 dekabrda yaşayış xərclərinin yüksək olmasına cavab olaraq başlayan və hökumət əleyhinə nümayişlərə çevrilən etirazlarda küçə fəaliyyəti əhəmiyyətli dərəcədə azalsa da, ölənlərin sayı artmaqdadır.

ABŞ-da yerləşən İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) İranda 28 dekabrda yaşayış xərclərinin yüksək olmasına cavab olaraq başlayan və hökumət əleyhinə nümayişlərə çevrilən etirazlarda ölənlərin sayının 6872-yə çatdığını bildirib.

Mövsüm,

AzNews.az