Gömrükçülər brilyant qaşlar və qızıl-zinət əşyaları aşkar etdi

5 Fevral 2026 11:25 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların və qızıl-zinət əşyalarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Aznews.az Komitəyə istinadən xəbər verir ki, Dubay-Bakı aviareysilə gələn ölkə vətəndaşının əl yükünə gömrük baxışı keçirilib və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı həmin şəxsə məxsus çamadanın içərisində gizlədilən və gömrük orqanına bəyan edilməyən 12,745 karat brilyant qaşlar və ümumi çəkisi 13 qram olan qızıl-zinət əşyaları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Aznews.az