Xaçmazda qatar maşını vurdu - 22 yaşlı sürücü öldü

5 Fevral 2026 12:32 (UTC+04:00)

Xaçmaz rayonunun Nərəcan kəndində dəmir yolu keçidində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, qatar dəmir yolu keçidini keçən "VAZ" markalı minik avtomobilini vurub. Nəticədə avtomobilin sürücüsü, Xaçmaz rayonunun Ağtala kənd sakini 22 yaşlı Səid Çələbiyev hadisə yerində ölüb.

Faktla bağlı raşdırma aparılır.

Aznews.az