Şərurun bəzi hissələrində işıq olmayacaq

5 Fevral 2026 15:20 (UTC+04:00)

Şərur şəhərinin bəzi hissələrinə elektrik enerjisinin verilişində fasilə olacaq.

Aznews.az xəbər verir ki, "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən fevralın 6-da planlı təmir-bərpa işləri aparılacaq.

Təmir işləri ilə əlaqədar 110/35/10 kV-luq Şərur şəhər yarımstansiyasından qidalanan 3 nömrəli 10 kV-luq şəhər elektrik xəttində aparılan işlər səbəbindən saat 14:00-dan 16:00-dək Şərur şəhərinin Kapitan Seyidov, Səməd Vurğun və Mikayıl Müşfiq küçələrinə elektrik enerjisinin verilişi dayandırılacaq.