4 “Kamaz” toqquşdu: sürücülərdən biri öldü

16 Sentyabr 2013 19:30 (UTC+04:00)
Bakı-Qazax magistral yolunun Qobustan qəsəbəsi yaxınlığında dəhşətli zəncirvarı qəza baş verib. Lent.az-ın məlumatına görə, hadisə yerində dörd yük dolu "Kamaz" toqquşub.
Qəza nəticəsində bir nəfər yerindəcə ölüb, bir nəfər isə maşının kabinəsində sıxılaraq qalıb. Mişar daşıyla yüklü digər iki "Kamaz" isə aşıb.
Toqquşma nəticəsində "Kamaz"lardan biri hərəkət zolağını aşaraq yolu kəsdiyi üçün tıxac yaranıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilas ediciləri gəlib.
Qəza nəticəsində ölən şəxs 1967-ildə anadan olmuş Adil Əliyevdir.Məlumata əsasən, onun idarə etdiyi "KAMAZ" yol kənarında dayanmış başqa yuk avtomobilinə çırpılıb, o da digər avtomobillərə dəyərək, zəncirvai qəzanın yaranamasına səbəb olub. (Lent.az)