Kahramanmaraşın "Azərbaycan" məhəlləsində mədəniyyət mərkəzinin tikintisi bir ilə tamamlanacaq

5 Fevral 2026 15:27 (UTC+04:00)

Kahramanmaraşın "Azərbaycan" yaşayış məhəlləsində yerləşən mədəniyyət mərkəzinin tikinti işlərinin bir il ərzində tamamlanması nəzərdə tutulub.

AzNews.az xəbər verir ki, bunu Azərbaycanın Kahramanmaraşda tikinti-bərpa işlərinin icraçı qurumu qismində iştirak edən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri Fərman Qurbanlı bildirib.

Onun sözlərinə görə, layihənin icrası keçən ilin dekabrında təsdiqlənib və icrasına başlanılacaq:

"Mədəniyyət mərkəzində Türkiyə tərəfinin təklifi ilə Azərbaycanın bütün bölgələrindən mədəniyyət nümunələrinin əks olunması nəzərdə tutulub".

Qeyd edək ki, 2025-ci ilin 19 iyununda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "Azərbaycan" məhəlləsində mədəniyyət mərkəzinin onlayn formatda təməlini qoyublar.