Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) FNC QSC bank olmayan kredit təşkilatının (BOKT) 4,75 milyon manat dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
AzNews.az xəbər verir ki, Bu barədə BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 5 000 manat olan 950 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdirilib. İstiqrazlara 50 investor 4,75 milyon manatlıq 50 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub. Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər illik ödəniləcək. Prosesin anderrayteri "CPM-İnvest İnvestisiya Şirkəti" ASC-dir.
Emitent tədavül müddətində qiymətli kağızları nominal dəyərindən aşağı olmamaq şərti ilə geri almaq öhdəliyinə malikdir.