Dövlət Mülki Aviasiya Agentliyi auditor seçir

5 Fevral 2026 15:55 (UTC+04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

AzNews.az xəbər verir ki, tenderdə iştirak haqqı 78 manatdır.

İddiaçılar təkliflərini fevralın 27-nə qədər agentliyin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 11 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 27-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.