Azərbaycan Türkiyədən yemiş toxumu idxalına çəkdiyi xərci 4 dəfə artırıb

5 Fevral 2026 16:10 (UTC+04:00)

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 726 min ABŞ dolları dəyərində 1,2 ton yemiş toxumu idxal edib.

AzNews.az xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 51 %, kəmiyyət olaraq – 20 % çoxdur.

Hesabat dövründə Azərbaycan Tailanddan 340,2 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çox) 0,35 ton (+67 %), Çindən 279 min ABŞ dolları dəyərində (+14 %) 0,4 ton (+44 %), Hindistandan 57,8 min ABŞ dolları dəyərində (+2 %) 0,1 ton (+43 %), Türkiyədən 19,7 min ABŞ dolları dəyərində (+4 dəfə) 0,02 ton (-88 %), Amerika Birləşmiş Ştatlarından 12,1 min ABŞ dolları dəyərində (+2 %) 0,3 ton (+20 %) məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 576 min ABŞ dolları dəyərində yemiş toxumunun 54 %-i Çinin payına düşüb.