Donald Trampdan İrana yeni təhdid

5 Fevral 2026 19:02 (UTC+04:00)

ABŞ və İran arasında gərginlik artmaqdadır.

ABŞ ordusu bölgədə qüvvələr toplamağa davam etdikcə, hərbi müdaxilənin olub-olmayacağı məsələsi hələ də spekulyasiya mövzusu olaraq qalır.

Hadisələrin inkişafı yaxından izlənildiyi bir vaxtda ABŞ prezidenti Donald Tramp İrana qarşı daha bir təhdid səsləndirib.

Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp İranla danışıqlar apardıqlarını bildirib və bunları deyib:

Biz İranla danışıqlar aparırıq. Onlar danışıqlar aparırlar, çünki hücuma məruz qalmaq istəmirlər. Onlar bizim onlara hücum etməyimizi istəmirlər. Ordumuz heç vaxt bu qədər güclü olmayıb.

Biz İrana bombardmançı təyyarələrimizi göstərdik. Onlara böyük bir donanma yaxınlaşır. İrana B-2 təyyarələri göndərəndə, gələcəyimizi bilsələr də, bizi görə bilmədilər. Biz İranda və Venesuelada gücümüzü nümayiş etdirdik.

Mövsüm,

AzNews.az