Elton Con homoseksuallara dəstək konserti verəcək

16 Sentyabr 2013 21:19 (UTC+04:00)
Elton Con Rusiya homoseksuallarını dəstəkləmək üçün bu ölkəyə gələcək. Bu barədə məlumatı müğənni özü "The Guardian"a verdiyi müsahibədə qeyd edib.

E.Con bildirib ki, o, Rusiyada homoseksualizmin təbliğini qadağan edən qanunun qəbulundan sonra səfərini təxirə sala bilərdi. "Ancaq bu boykot Rusiyada yaşayan homoseksualları təcrid edərdi" deyə müğənni qeyd edib.

"Mən bu insanları tərk edə bilmərəm, onları tək qoya bilmərəm və onları dəstəkləməliyəm. Mən getməliyəm və orada nə danışacağımı yaxşı fikirləşməliyəm" deyə müğənni vurğulayıb.
Qeyd edək ki, E.Conun konserti dekabrın 6-da "Krokus Siti Holl"un konsert zalında baş tutacaq.

Onu da bildirək ki, "Krokus Sity Holl" 2009-cu ildə azərbaycanlı iş adamı Araz Ağalarov tərəfindən Müslüm Maqomayevin şərəfinə açılıb.

Elnur
AzNews.az