Bakının Nizami rayonunda ailə məişət zəminində bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun İsmayıl Məmmədov küçəsində yerləşən mənzildə qeydə alınıb.
1977-ci il təvəllüdlü Haşımov Rüfət Arif oğlu mübahisə zamanı həyat yoldaşını döyüb.
Bunu görən onların 15 yaşlı qızı bıçaqla Rüfət Haşımova xəsarəti yetirib. Yaralı döş qəfəsinin kəsilmiş deşilmiş xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Rüfət Haşımov cərrahi əməliyyat edilib. Fakt üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.
xxx
Atasını öldürməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, fevralın 2-i 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan şəxs tərəfindən xəsarət yetirilməsi nəticəsində bir gün sonra müalicə aldığı xəstəxanada ölüb.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Nizami rayon məhkəməsinin qərarı ilə yeniyetmə qız ev dustaqlığına buraxılıb.
Aznews.az