ABŞ-ı müflislikdən yalnız bu xilas edə bilər - İlon Mask

6 Fevral 2026 09:41 (UTC+04:00)

Amerikalı sahibkar İlon Mask ABŞ-ın qaçılmaz olaraq müflislik riski ilə üzləşdiyini və ölkəni bu vəziyyətdən yalnız süni intellekt texnologiyaları və robotların xilas edə biləcəyini bildirib.

Aznews.az xəbər verir ki, Mask bu fikirləri amerikalı bloqer Dvarkeş Patelə məxsus "YouTube" kanalındakı podkastda səsləndirib.

“Bir ölkə olaraq süni intellekt və robotlar olmadan 1000 faiz ehtimalla müflis olacağıq və uğursuzluğa düçar olacağıq. Dövlət borcu problemini başqa heç nə həll edə bilməz”, – deyə Mask vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-ın dövlət borcu “ağılasığmaz sürətlə artır”.

Mask ümid etdiyini bildirib ki, ABŞ müflisliyin qarşısını almağı müəyyən qədər ləngidə və süni intellektlə robotların inkişafı üçün kifayət qədər vaxt qazana biləcək.

Sahibkarın fikrincə, məhz bu texnologiyalar gələcəkdə dövlət borcu probleminin həllinə kömək edə bilər.

Aznews.az