Bakıda liseydə şagird müəllimini güllələyib

6 Fevral 2026 10:37 (UTC+04:00)

Bakıda liseydə şagird müəllimini güllələyib.

Aznews.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib.

Məlumata görə, 10-cu sinif şagirdi müəllimini odlu silahla güllələyib.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.

Qeyd edək ki, xəbəri ilk olaraq "unikal.az" saytı yayıb.

Aznews.az