Məktəbdə döyüldüyü iddia edilən şagirdlə bağlı ekspertiza təyin edildi

6 Fevral 2026 11:33 (UTC+04:00)

Sumqayıt şəhərində yerləşən məktəblərin birində iki şagird arasında mübahisə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib.

Qeyd olunub ki, faktla bağlı müvafiq ekspertiza təyin edilib, hazırda ərazi polis orqanında araşdırma aparılır.

Aznews.az