Pakistanda məsciddə partlayış baş verib - Yenilənib

6 Fevral 2026 14:34 (UTC+04:00)

Pakistanın paytaxtı İslamabadda cümə namazı zamanı bir məsciddə partlayış baş verib. İlkin məlumatlara görə, hadisə nəticəsində azı 12 nəfər ölüb, 40 nəfər yaralanıb.

Geo News telekanalının xəbərinə görə, partlayış paytaxtın Şehzad Taun (Shehzad Town) bölgəsində yerləşən və şiələrə məxsus olduğu bildirilən məsciddə cümə namazı zamanı qeydə alınıb.

Hadisə yerinə dərhal polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Məlumata əsasən, hücum intiharçı tərəfindən həyata keçirilib.

Pakistan rəsmiləri İslamabaddakı Poliklinika Xəstəxanası, Pakistan Tibb Elmləri İnstitutu (PIMS) və CDA Xəstəxanasında fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Mövsüm,

AzNews.az