Rusiya Baş Qərargahında vəzifə tutan general-leytenant Vladimir Alekseyev Moskvada yerləşən bir yaşayış binasında silahlı hücuma məruz qalaraq yaralanıb.
Moskva polisinin açıqlamasına görə, şəxsiyyəti hələlik müəyyən edilməyən bir nəfər Alekseyevə bir neçə dəfə atəş açıb. Hücumu törədən şəxs hadisə yerindən qaçıb.
General-leytenant Alekseyevin səhhəti ilə bağlı rəsmi məlumat verilməyib. Xəstəxanaya yerləşdirilən Alekseyevin Rusiya Baş Qərargahında baş köməkçi vəzifəsində çalışdığı bildirilir.
Məlumata görə, Alekseyev daha əvvəl Rusiyanın Suriyadakı hərbi əməliyyatları zamanı kəşfiyyat direktoru kimi fəaliyyət göstərib. O, həmçinin Ukrayna müharibəsində iştirak edib və 2022-ci ildə Mariupolun mühasirəsi zamanı Kiyev ilə aparılan danışıqlarda Rusiya tərəfini təmsil edib.
AFP xəbər agentliyinin məlumatına əsasən, Alekseyev 2023-cü ildə silahlı üsyan cəhdində bulunan muzdlu hərbi qrupla aparılan danışıqlarda da iştirak edib.
Həmçinin bildirək ki, 2022-ci ilin fevralında başlayan Ukrayna müharibəsindən sonra bir sıra yüksək rütbəli Rusiya hərbçiləri öldürülüb. Kiyev bəzi hücumların məsuliyyətini üzərinə götürüb.
Mövsüm,
AzNews.az