Suriyadan gözlənən açıqlama

17 Sentyabr 2013 07:17 (UTC+04:00)
Türkiyə döyüş təyyarələrinin Suriyaya məxsus bir helikopteri vurmasına Əsəd hakimiyyətindən reaksiya gəlib. Sərhəddi pozduğu üçün vurulduğu bildirilən helikopterlə bağlı açıqlama verən Müdafiə Nazirliyi helikopterin Türkiyə sərhəddindən gələn terroristləri izlədiyini iddia edib.

Nazirliyin açıqlamasına görə, terorristləri izlədiyi zaman helikopter yoxa çıxıb. Nazirlik helikopterin texniki səhv səbəbindən türk hava sərhəddini keçdiyini, heç bir döyüş əməliyyatı yerinə yetirmədiyini, Türkiyə tərəfinin tələskənlik nümayiş etdirdiyini bildirib. Bunu isə Ərdoğan hökumətinin Suriyaya düşmən münasibəti ilə əlaqələndirib.

Elnur
AzNews.az