Ukrayna hava hücumundan müdafiə və əks-kruiz raketlərini gücləndirmək üçün Kanadadan AIM raketləri alacaq.
Bu barədə "Ukrainska Pravda" qəzeti ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirlik qeyd edib ki, Ukraynanın müdafiə naziri Mixaylo Fedorov və Kanadanın milli müdafiə naziri Devid MakQinti arasında keçirilən görüşdə tərəflər müdafiə sahəsində gələcək əməkdaşlığı müzakirə ediblər. Nazirlər həmçinin dron istehsalı ilə bağlı saziş layihəsini də müzakirə ediblər.
Ukrayna Müdafiə Nazirliyi qeyd edib ki, ölkələr arasında sənaye əməkdaşlığı üçün əhəmiyyətli perspektivlər var. Kiyev PUA-ların idarə olunması sahəsində Kanada şirkətləri ilə inteqrasiyada maraqlıdır.
Mövsüm,
AzNews.az