Ağ Ev Trampın “Sülh Şurası” üzrə ilk liderlər görüşünü bu tarixə planlaşdırır

7 Fevral 2026 16:07 (UTC+04:00)

Ağ Ev ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı yaratdığı və “Sülh Şurası” adlandırdığı təşəbbüs çərçivəsində ilk liderlər görüşünü 19 fevral tarixində keçirməyi planlaşdırır.

Aznews.az xəbər verir ki, bu barədə Axios ABŞ rəsmisinə və şurada təmsil olunan dörd ölkənin diplomatlarına istinadən məlumat yayıb.

Məlumata görə, görüşün planlaşdırılması ilkin mərhələdədir və detallar dəyişə bilər. Tədbirin Vaşinqtonda ABŞ Sülh İnstitutunda keçirilməsi nəzərdə tutulur. Bildirilir ki, İsrailin Baş naziri Benyamin Netanyahu fevralın 18-də Ağ Evdə Tramp ilə görüşməlidir.

Ağ Ev və ABŞ Dövlət Departamenti xəbərlə bağlı sorğulara cavab verməyib.

Aznews.az