İlyas İsmayılov namizədlərin dünənki debatına niyə gəlmədi?

17 Sentyabr 2013 07:53 (UTC+04:00)
Modern.az saytı xəbər verir ki, prezident seçkilərində iştirak edəcək namizədlər dünən axşam ilk dəfə pulsuz efir vaxtından istifadə etməklə İctimai Radioda debata çıxıblar.

Püşkatmaya görə, namizədlər aşağıdakı arcıcıllıqla çıxış etməliydilər.

1. Zahid Orucov.
2. İlham Əliyev.
3. İqbal Ağazadə
4. İlyas İsmayılov
5. Hafiz Hacıyev
6. Fərəc Quliyev
7. Sərdar Cəlaloğlu
8. Araz Əlizadə
9. Qüdrət Həsənquliyev
10. Cəmil Həsənli.

Saat 21:00-dan 22:00-a qədər sürən müzakirələrə Ədalət Partiyasından prezidentliyə namizəd, millət vəkili İlyas İsmayılov qatılmayıb. Maraqlıdır ki. İ.İsmayılovun nümayəndəsi də debatda iştirak etməyib. Halbuki, qaydalara görə, belə müzakirələrə namizədin özü gəlməsə, nümayəndəsinin iştirakına icazə verilir. İ.İsmayılov debata gəlmədiyindən onun efir vaxtı digər namizədlər arasında bölüşdürülməyib. Nəticədə "Ədalət"in nümayəndəsinin efir vaxtı sükutla keçib.

İctimai Radioda baş tutan dünənki müzakirələrdə Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd, hazırki dövlət başçısı İlham Əliyevi YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov təmsil edib.

AzNews.az