Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər

8 Fevral 2026 09:52 (UTC+04:00)

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər.

Aznews.az xəbər verir ki, məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilib. Gəncənin mərkəzində yerləşən bu abidə orta əsr Azərbaycan memarlığının portal-günbəz ənənələrini, lakonik və ifadəli bədii-konstruktiv xüsusiyyətlərini özündə birləşdirir. Sonda Leyla Əliyeva və Alena Əliyevaya “Qurani-Kərim” hədiyyə olunub. Qeyd edək ki, məscid 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə bərpa olunub.

Aznews.az