İranda “facebook”a qoyulan qadağa götürülüb

17 Sentyabr 2013 08:13 (UTC+04:00)
"The New York Times" və "The Washington Post" xəbər verir ki, bundan sonra hər iki sosial şəbəkədən istifadə mümkün olacaq.

Qeyd edək ki, İranda 2009-cu ildən başlayaraq "Twitter" və "Facebook"dan istifadə məhdudlaşdırılıb. Həmin il Əhmədinejata qarşı başlayan etiraz aksiyalarında sosial şəbəkələrdən istifadəni mümkün hesab edən hakimiyyət qadağalar tətbiq etmişdi.

İranın yeni prezidenti Həsən Ruhani sosial şəbəkələrdən istifadə imkanlarının məhdudlaşdırılmasına etiraz etdikdən sonra nazirlərə sosial şəbəkədə hesab açmaq tapşırığı vermişdi.

Qərb mətbuatı belə hesab edir ki, İran sosial şəbəkələrdən istifadəyə qoyulan qadağanı aradan qaldırmaqla xarici aləmlə əlaqəni bərpa etməyə çalışır.

Elnur
AzNews.az