Jurnalist Sevda Həsənovanın vəziyyəti açıqlandı

9 Fevral 2026 10:31 (UTC+04:00)

1970-ci il təvəllüdlü Sevda Həsənova Respublika Neyrocərrahiyyə Xəstəxanasının Reanimasiya şöbəsindən Baş-beyin şöbəsinə köçürülüb.

Aznews.az xəbər verir ki, bu barədə Respublika Neyrocərrahiyyə Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, hazırda müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, fevralın 6-ı jurnalist Sevda Həsənovanın üzərində sağtərəfli akustik nevrinomanın xaric edilməsi əməliyyatı icra edilib.

Aznews.az