Silah satışına dair əlavə şərtlər müəyyənləşib.
Aznews.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”ə dəyişiklik edib.
Qərara əsasən, döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatının satışına (idxal edilən döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatı istisna olmaqla) tələb olunan əlavə şərtlər aşağıdakılardır:
- istehsal prosesinin məmulatın texnoloji sənədlərinə uyğun qurulması;
- texnoloji və konstruktor sənədlərinin normativ hüquqi aktların tələblərinə və standartlara uyğun olması;
- texniki şərtlərin normativ hüquqi aktların tələblərinə və standartlara uyğun olması;
- istehsal prosesinin ərizəçi tərəfindən həyata keçirilən mərhələlərinin adı və təsviri barədə məlumat.
Döyüş təyinatlı hərbi texnika, hərbi silah və sursatın ehtiyat hissələrinin satışına (idxal edilən döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatı istisna olmaqla) da qeyd edilən əlavə şərtlər tələb olunacaq.