Peskov:Kubada vəziyyət kritikdir

9 Fevral 2026 14:24 (UTC+04:00)

Kubadakı vəziyyət ABŞ-ın adaya təzyiqi səbəbindən kritik hala gəlib və Moskva Havana ilə birgə həll yolları üzərində işləyir.

Kremlin sözçüsü Dmitri Peskov bu barədə qeyd edib.

"Kubadakı vəziyyət həqiqətən də kritikdir. Biz kubalı dostlarımızla bu problemlərin həlli və ya heç olmasa bütün mümkün yardımların göstərilməsi üçün mümkün yolları müzakirə edirik", - deyə o, brifinq zamanı bildirib.

Peskov əlavə edib ki, Vaşinqtonun "boğma" siyasəti adada problemlər yaradır. Rusiya prezidentinin mətbuat katibi sonda bildirib ki, Rusiya Kuba ilə diplomatik və digər dialoqlar aparır, dəstək v erir.

Mövsüm,

AzNews.az